Riqada atəşfəşanlıq 235 min avroya başa gələcək


Digərləri 29 Okt 2018 23:39:00 299 0

Riqada atəşfəşanlıq 235 min avroya başa gələcək

Latviya Respublikasının 100 illiyi münasibəti ilə noyabrın 18-də Riqa şəhərində keçiriləcək atəşfəşanlıq 234,999 avroya başa gələcək.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu məlumat Dövlət Satınalmaları Monitorinq Bürosunun internet saytında yerləşdirilib.

Riqa şəhər Dumasının təhsil, mədəniyyət və idman departamenti "Saules Muzs" (Günəşli Həyat) musiqili atəşfəşanlığının bədii və texniki hissəsinin təşkili üçün tender elan edib.