Almaniyada azyaşlı qaçqınların sayı azalır


Dünya 29 Okt 2018 23:20:00 254 0

Almaniyada azyaşlı qaçqınların sayı azalır

Son.az AZƏRTAC-a istinadən bildirir ki, 2016-cı ildən başlayaraq Almaniyada sığınacaq alan valideyn himayəsindən məhrum olmuş azyaşlıların sayı kəskin şəkildə azalıb. Bununla yanaşı, kimsəsiz uşaqların sığınacaq üçün müraciətlərinin və onlara verilən müsbət cavabların da statistikasında azalma müşahidə olunur. 2016-cı ildə bu cür müraciətlərin 90 faizinə müsbət cavab verilmişdisə, 2018-ci ilin oktyabrınadək olan müddətdə bu rəqəm 60 faizə düşüb.

Almaniyada televiziya kanallarına müsahibələr verən 17 yaşlı Əfqanıstan qaçqını Şahzəmir Xataki və somalili Müştak Ərəb öz ölkələrində silahlı münaqişələr nəticəsində valideynlərini itirmələri və ağır miqrant həyatı ilə bağlı xatirələrini bölüşüblər. Alman cəmiyyətinə adaptasiya olmaq və burada yüksək təhsil almaq istəyən bu gənclərlə yanaşı, Avropada ağır şəraitdə yaşayan minlərlə azyaşlı və kimsəsiz miqrantların da olduğu bildirilir.