Kimyəvi təmizləməyə pul xərcləməyəcəksiniz


Digərləri 29 Okt 2018 23:22:00 276 0

Kimyəvi təmizləməyə pul xərcləməyəcəksiniz

Havalar soyuduqca daha qalın və rahat geyimlər seçməyə çalışırıq. Qış aylarının ideal üst geyimi isə artıq uzun illərdir, sintepon materiallı gödəkçələrdir. Lakin zaman keçdikcə bu geyimlər də çirklənib, ləkələnir. Xüsusən yağış, xanımlara tanış olan tonal krem və s. ləkələrdən sonra gödəkçələrin ilk günkü görünüşündən əsər-əlamət qalmır. Kimyəvi təmizləmə xidməti isə çoxumuzun cibinə uyğun deyil.

Pux materiallı gödəkçələrimizi evdə özümüz yuyaq. Son.az bildirir ki, bunun üçün aşağıdakı ardıcıl 7 qızıl qaydaya əməl etmək lazımdır.

Bu şərtlərə əməl edərək, yuduğunuz gödəkçələriniz, təravətli və tər-təmiz olacaq.

1 Öncə gödəkçənin zəncirbəndini (zamok) sonadək bağlayın, üzərində xəz varsa çıxardın. Gödəkçəni tərs üzünə çevirin.

2 Paltaryuyan maşında yalnız gödəkcəni yuyun.

3 Maşının barabanına gödəkçə ilə birgə bir neçə ədəd ya rezin ya da tennis topu atın ki, içərisindəki pux yumaq şəkilinə düşməsin. Əgər tennis topu qoyacaqsınızsa, öncədən topları yuyun.