Məşhur "Youtuber" restoranda ofisianta 10 min dollar bəxşiş verdi VİDEO


Digərləri 29 Okt 2018 23:29:00 283 0

Məşhur "Youtuber" restoranda ofisianta 10 min dollar bəxşiş verdi  VİDEO

Mister Bist adlı "Youtuber" restoranda işləyən tələbəyə külli miqdarda bəxşiş verib.

Son.az "ölkə.az"-a istinadən bildirir ki, 8 milyondan çox izləyicisi olan gənc 2 stəkan su gətirən ofisianta 10 min dollar bəxşiş və üzərində "Ləzzətli su üçün təşəkkürlər" yazısı olan kağız qoyub.

Hadisə Şimali Karolina ştatının Qrinvil şəhərində baş verib. "Sup Dog" restoranında işləyən Alayna Kaster xidmət etdiyi masaya buraxılan bəxşişi görəndə gözlərinə inanmayıb. 2 stəkan su verdiyi masada 10 min dollar bəxşiş var idi.

"Əvvəlcə inanmadım. Pulu götürdüm, yüzlükdən ibarət dəstə idi. Titrəyirdim. Birinin zarafat etdiyini düşünmüşdüm", - deyə ofisiant bildirib.