İsveçdə milli valyutanın elektron versiyası hazırlanır


Digərləri 29 Okt 2018 23:01:00 410 0

İsveçdə milli valyutanın elektron versiyası hazırlanır

İsveçdə milli valyutanın elektron versiyası hazırlanır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, krallıqda rəqəmsal kron (milli valyuta) yaradılması üzrə yeni pilot layihəsi hazırlanıb. Yeni layihəyə ölkə parlamentində baxılmalıdır, lakin İsveç Bankında bu layihənin uğurla implementasiya olunması üçün hansı hüquqi normaların tətbiq edilməli olması öyrənilir.

Yeni sistem mobil qurğulara yüklənə biləcək proqram əlavələrinin köməyi ilə bütöv bir elektron sistem yaradılmasını nəzərdə tutur. E-kronu plastik kartlarda yerləşdirmək və ödənişlərin həyata keçirilməsi üçün ondan istifadə etmək mümkün olacaq.


Xəbərə aid fotolar