Payız qarderobunun ən zəruri əşyası FOTO


Digərləri 29 Okt 2018 22:50:00 396 0

Payız qarderobunun ən zəruri əşyası  FOTO

Payızda palto olmadan keçinmək mümkünsüzdür. Bu mövsüm çeşidlər o qədər müxtəlifdir ki, seçim etmək heç vaxt olmadığı qədər çətinləşib.

Son.az bu mövsümün ən dəbli modelləri ilə tanış edir.

Dama-dama

80-cı illərin trendi bu mövsüm dizaynerlərin fantaziyalarını ələ keçirib. İndi dama-dama olan bütün geyimlər, o cümlədən paltolar çox aktualdır. Mövsümün əsas ornament rəng çalarları al-qırmızıdan parlaq göyə qədər dəyişir. İstehsalçılar fason çeşidlərində də zövq müxtəlifliyini nəzərə alıb. Belə ki, ilin ən dəbli palto siluetləri bunlardır: kişisayağı bol, dar və ra retro-üslubunda modellər.

Bəbir

Dama-dama naxışların rəqibi bu mövsüm bəbir olacaq. Bəbir naxışı öz-özlüyündə kifayət qədər parlaq elementdir, odur ki, bu paltonu birrəngli və minimalist geyimlərlə uyğunlaşdırın.

Qara