Bu qidalar və bu addımlar beynimizi MƏHV EDİR Dünya şöhrətli alimdən şoka düşəcəyiniz ARAŞDIRMA FOTO


Digərləri 29 Okt 2018 22:31:00 244 0

Bu qidalar və bu addımlar beynimizi MƏHV EDİR  Dünya şöhrətli alimdən şoka düşəcəyiniz ARAŞDIRMA  FOTO

"Beynin təmiz, sağlam, yağsız yeməklərə ehtiyacı var. Amma şirniyyatdan qəti surətdə imtina etməyin, heç olmasa özünüzə bal yeməyə icazə verin. Şokolad beynin xoşuna gəlir, ona su lazımdır, amma o, ən çox təbəssümü sevir".

Son.az xəbər verir ki, bu sözləri 50 ildən çox neyrocərrah işləyən dünya şöhrətli professor Vlad Siurea deyib. Cərrah beyin sağlamlığı haqqında maraqlı açıqlamalar verib.

Professor və təcrübəli həkim 10 ildir ki, Rumıniyada "Bagdasar-Arseni" təcili yardım xəstəxanasının müdiridir. Neyrocərrah təxminən 23,000 beyin əməliyyatı həyata keçirib. Onun ən kiçik xəstəsi cəmi iki günlük olub. Mütəxəssis iddia edir ki, beynin vəziyyəti bizdən asılıdır. Və çox az adam onu necə qorumaq və gücləndirmək lazım olduğunu bilir.

Həkimin sözlərinə görə, əgər bütün gün planşet və telefonda sosial şəbəkələrdə vaxt öldürürsünüzsə, gözləməyin ki, beyin buna görə sizə təşəkkür edəcək:

"İndi insanlar sosial şəbəkələr vasitəsilə ünsiyyət saxlayır. Bu, düzgün deyil. İnsan qrup halında yaşamaq üçün yaradılıb. O, özünü ünsiyyətdən təcrid etməli deyil.

Səhərlər qeyri-sağlam qidalanmaq (və ya sadəcə yeməyə vaxt tapmayanda), maşında yemək və eyni zamanda telefonla danışmaq, siqaret çəkmək, spirtli içki içmək və daim stressli vəziyyətdə olmaq beyinə ağrı verir. Biz onu daim yükləyirik və bunun əvəzində ona heç nə vermirik.

Beyin sağlamlığı üçün ilk addımlar çox sadə və əlverişlidir. Bunun üçün yuxudan erkən oyanıb heç olmasa ibtidai məşqlər edin və otaq temperaturunda iki stəkan su için.

Səhər yuxudan mümkün qədər erkən oyanmaq, ilk növbədə pəncərələri açmaq və təmiz havanı udmaq olar. Və iki stəkan su haqqında unutmayın.

İlk stəkan mədə-bağırsaq traktının bütün işlərini normaya salacaq. İkinci stəkan da faydalıdır, çünki o, bütün "lokomotivi" hərəkətə gətirir. Sadə dillə desək, bizə oyanmağa kömək edir", - deyə neyrocərrah əlavə edib.

Yuxu zamanı beyin yatmır, o, daxili orqanları dəstəkləmək üçün səylə çalışır. Əgər insan beynində onu narahat edən məsələ ilə yuxuya gedir və onu necə həll edəcəyini bilmirsə, səhəri gün axtardığı suala cavab tapacaq:

"Ertəsi gün siz problemin həllini tapacaqsınız. Beləliklə, beyin düşüncə, qərar, yaddaş və səhər arasında əlaqə yaradaraq bir ideya tapır. Odur ki, yuxusuz gecələri unudun.

Beyin yağ, tütün məmulatları və spirtli içkiləri sevmir, amma qara şokoladı sevir. Siqaret daxili orqanlara olduğu kimi beyinə də eyni mənfi təsiri göstərir. Səhər yeməyinə yüngül və sağlam qidalar daxil olmalıdır.

Səhər yeməyini rahat bir atmosferdə hər tikədən zövq alaraq yemək lazımdır. Heç bir narahatlıq, səs-küy, problem və siqaret tüstüsü olmaz. Süfrə arxasında nə qədər rahat olsanız, sizin üçün bir o qədər xoş olacaq.

Səhərlər gün ərzində bədənin funksiyalarını səmərəli şəkildə yerinə yetirməsinə kömək edəcək və ona enerji verəcək elementlər qəbul etmək lazımdır. Bu çox vacibdir! ", - deyə Vlad Siurea qeyd edib.

Beyin piyi və əti sevmir!

Neyrocərrah deyib ki, əgər ətdən imtina edə bilmirsinzisə, onda ona qənaət etməyin və daha faydalısını alın. Həkim vurğulayıb ki, bəli, ətin beyinə heç bir faydası yoxdur Ancaq az miqdarda ət bədənə kömək edir. Ən yaxşı ət aşağı kalorilidir. Hinduşka və balıq daha faydalıdır.

Beyin piyi və duzu sevmir. İldə bir-iki dəfə bayramlarda olar. Amma belə qidalara üstünlük vermək lazım deyil.


Xəbərə aid fotolar