"Luvr ƏbuDabi" muzeyi yeni şedevrlər təqdim edəcək


Digərləri 29 Okt 2018 21:58:00 495 0

"Luvr ƏbuDabi" muzeyi yeni şedevrlər təqdim edəcək

2018-ci il oktyabrın sonunda "Luvr Əbu-Dabi" muzeyi əldə etdiyi və müvəqqəti nümayiş üçün gətirdiyi yeni nadir eksponatları ziyarətçilərə təqdim edəcək.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, onların arasında Məmlüklər dövrünə aid Misir xalçası, Osmanlı imperiyası zamanından qalmış döyüş vasitələri- zirehlər və fransız krallarının sarayında 1482-1494-cü illərdə toxunulmuş "Habsburqlar xanədanından Maksimilanın - Brabant hersoqunun ov səhnələri" adlı dörd valehedici qobelen var. Yeni və müasir incəsənət qalereyasında kompozisiya dəyişikliyi yeni eksponatları, o cümlədən Vinsent Van Qoq, Klod Mone, Fransis Pikabia, Anri Mattis və Man Rey kimi görkəmli sənətkarların əsərlərini nümayiş etdirməyə imkan verir.

Yaqut, zümrüd və dağ büllurları

"Luvr Əbu-Dabi" əldə etdiyi 11 daimi və 40 müvəqqəti eksponatı il ərzində öz qalereyalarında nümayiş etdirəcək. Muzeyin 657 eksponatına əlavə olunacaq bu yeni kolleksiyada dünyanın qədim və müasir incəsənət şedevrləri var. 

Muzeyin daimi kolleksiyasına aşağıdakı eksponatlar daxildir:

Hazırda Parisdəki "Luvr" muzeyində sərgilənən Fransalı Bernard van Orleyin (1665-1674) orijinal tablosunun motivləri əsasında Habsburq məhkəməsinin sifarişi ilə hazırlanan "Maksimilianın ovu" səhnələrinin təsviri olan dörd qobelen;

Xidzen əyalətinin feodal hökmdarı Saqa xanın 4-cü vassalı Nabesimin daraqları ilə bəzədilmiş yapon samurayının zirehi (XVIII əsr). Zireh məşhur usta Miyata Katsuada (1707-1730) tərəfindən hazırlanıb;

Osmanlı imperiyası dövrünün hicab formasında dəbilqəsinə bənzəyən Monqolustan və Çindən gətirilən nadir konusşəkilli dəbilqə (XIII-XIV əsrlər);

Simurq başı təsvir olunmuş Çinin Tan sülaləsinə (VIII əsr) məxsus olan və ağ gildən hazırlanmış üçrəngli səhəng;

Dağ büllurundan hazırlanmış və üzərində daş-qaşla bəzədilmiş Hindistan tutuquşusu olan (1600-cü il) mərasim bıçağı. Bu bıçaq həm zərgərlik məmulatı, həm də silahdır;

XVIII əsrə aid daş-qaşla bəzədilən Hindistan katarı (xəncəri). Xəncərin qınının üzərində 481 yaqut və 100 zümrüd var. Bu silahı sarayda var-dövlət və güc rəmzi kimi gəzdirirdilər.

Yaxın Şərq regionundan gətirilən eksponatların siyahısı:


Xəbərə aid fotolar