Romada Avropanın ən böyük "tüstü udan" freskası yaradılıb


Dünya 29 Okt 2018 21:42:00 371 0

Romada Avropanın ən böyük "tüstü udan" freskası yaradılıb

Roma şəhərindəki 7 mərtəbəli bir binanın fasadını əhatə edən boyalı küçə sənəti "tüstü udan" əsəri yaradılıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Avropanın ən böyük küçə sənəti freskası 30 ağac səviyyəsində havanı təmizləyir.

Əsərin ölkədə fəaliyyət göstərən bir qadın xeyriyyə təşkilatının ideyası olduğu bildirilir.

Təsviri sənət küçə rəssamı Federiko Massa tərəfindən "tüstü udan boya" adlandırılan "Airlite" texnologiyasından istifadə edilərək çəkilib.