Uşağın başını parçalayıb ağaclığa atdılar


Digərləri 29 Okt 2018 21:20:00 248 0

Uşağın başını parçalayıb ağaclığa atdılar

Türkiyənin paytaxtı Ankara şəhərində suriyalı uşaq öldürülüb.

Son.az xəbər verir ki, şəhərin Doğantepe məhəlləsində ağaclıq sahədən 13-14 yaşlı uşağın meyiti tapılıb. Məlum olub ki, uşağın başına zərbələr endirilib və baş nahiyyəsinin əzilməsi nəticəsində o ölüb.

İlkin araşdırmalar zamanı ölən uşağın Suriya vətəndaşı Cumali Elselim olması müəyyənləşib. Onun kim tərəfindən, hansı şəraitdə və hansı səbbədən öldürülməsi hələlik məlum deyil.