25 yaşlı kişi naməlum şəraitdə xəsarət alıb, sol biləyi kəsilib


Digərləri 29 Okt 2018 21:22:00 272 0

25 yaşlı kişi naməlum şəraitdə xəsarət alıb, sol biləyi kəsilib

Tovuz sakini naməlum şəraitdə xəsarət alıb.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə rayonun Qovlar qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1993-cü il təvəllüdlü Orucov Elvin Bahadur oğlu sol bilək nahiyəsinin kəsilmiş yarası ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Yaralı evində yıxılaraq xəsarət aldığını deyib.

Faktla bağlı araşdırma aparılır.