"Can verirdi" sahibsiz itləri GÜLLƏLƏYƏNLƏR VİDEO FOTO


Digərləri 29 Okt 2018 21:26:00 489 0

"Can verirdi"  sahibsiz itləri GÜLLƏLƏYƏNLƏR  VİDEO  FOTO

Başından güllələnən it son nəfəsini verir.

Son.az ARB TV-yə istinadən xəbər verir ki, Sumqayıtda itlərin güllələnməsi ilə bağlı yayılan görüntülər heyvansevərlərin hiddətinə səbəb olub.

Heyvansevərlər bu cür hadisələrlə mütəmadi qarşılaşdıqlarını deyirlər.

Anar Süleymanov - Heyvansevər: "Axırıncı hadisə "Şərq bazarı" adlı yerdə baş verib. Bizim könüllü hədisəni çəkib. İt can verirdi. Baxmayaraq ki, başından güllə dəyib".

Məsələ ilə əlaqədar Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət edilib. Bildirilib ki, İcra Hakimiyyətinin itləri tutması, onları zərərsizləşdirməsi və bu kimi məsəslələrlə məşğul olan hər hansı bölməsi yoxdur. Qurum görüntülərin harada və nə vaxt çəkilməsi ilə bağlı araşdırmalara başlayıb.

Eyvaz Qocayev - İcra Hakimiyyətinin nümayəndəsi: "Sumqayıt şəhər təmizlik departamenti var. Onlar da tutub poliqona apara bilər. Biz o görüntüləri araşdıracağıq". 


Xəbərə aid fotolar