68 yaşlı kişi 23 ildir ailəsi ilə birlikdə mağarada yaşayır


Digərləri 29 Okt 2018 21:29:00 260 0

68 yaşlı kişi 23 ildir ailəsi ilə birlikdə mağarada yaşayır

Qırğızıstanın Cəlalabad vilayətinin 68 yaşlı sakini Tolon Mamırasulov 1995-ci ildən ailəsi ilə birgə vilayətin ucqar dağlarında-mağarada yaşayır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, ixtisasca musiqiçi olan Tolon və həyat yoldaşı burada beş övlad böyüdüblər. Onların dördü ailəlidir və Cəlalabadda yaşayır.

Ailə başçısı ona baş çəkməyə gələn jurnalistlərə deyib: "Mən 23 il əvvəl iflic olmuşdum, yuxuda bu mağaranı gördüm, bu məkanı tapıb ailəmlə mağaraya köçdüm və sağlamlığıma qovuşdum".

Tolon müsəlman olsa da şamanizmlə də məşğuldur və qırğız xalq çalğı aləti olan komuzda çalır.