"Balaca" qısametrajlı bədii filmi beynəlxalq festivala dəvət alıb


Kriminal 29 Okt 2018 21:14:00 305 0

"Balaca" qısametrajlı bədii filmi beynəlxalq festivala dəvət alıb

Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən Gənc Sinemaçılar Klubu tərəfindən Mədəniyyət Nazirliyinin dəstəyi ilə çəkilmiş "Balaca" qısametrajlı bədii filmi Türkiyədə keçiriləcək 8-ci Malatya Beynəlxalq Film Festivalının müsabiqə bölməsinə dəvət alıb.

Son.az xəbər verir ki, inostudiyadan AZƏRTAC-a bildirilib ki, filmin ssenari müəllifi Ruslan Ağazadə, rejissorları Ruslan Ağazadə və Orxan Ağazadə, icraçı prodüseri Orxan Əliyev, bədii rəhbəri Elçin Musaoğlu, prodüseri Müşfiq Hətəmovdur.