Oktyabrın 29u Dünya İnsultla Mübarizə Günüdür


Digərləri 29 Okt 2018 21:18:00 227 0

Oktyabrın 29u Dünya İnsultla Mübarizə Günüdür

Dünya Səhiyyə Təşkilatı (DST) hər il oktyabrın 29-nu Dünya İnsultla Mübarizə Günü kimi qeyd edir. Bu günün yaranma tarixi 2004-cü ildən başlayır. Belə ki, bu il DST insultu qlobal epidemiya elan edir və 2006-cı ildə İnsultla Mübarizə Dünya Təşkilatı yaradılır.

Builki İnsult Günü "Biz insultdan güclüyük" şüarı altında keçirilir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, DST-nin məlumatına görə, hər il Yer kürəsində təxminən 16 milyon nəfərdə insult baş verir və onların 6,7 milyonu ölümlə nəticələnir. DST-nin son hesablamalarına əsasən ümumi dünya əhalisi arasında 20 il sonra insult riskinin 30-35 faiz azalacağı bildirilsə də, yaşlı insanların sayının artması ilə əlaqədar ahılların bu xəstəliklə qarşılaşma riski 11 faiz artacaq.

Adətən bu xəstəliyə tutulanların üçdəbiri həyatını itirir, qalanları isə əlil olur. Lakin bununla belə insultun qarşısını almaq və xəstələrə yardım etmək mümkündür. Əsas məsələ xəstəyə ilk 3-4 saat ərzində müdaxilə etməkdir.

İnsult əlamətləri çox sadədir: danışıq anlaqsız olur, güləndə ağız küncləri aşağı düşür, koordinasiyası pozulur, ətraflarından biri zəifləyir. Bu, təcili yardım çağırmaq üçün yetərlidir.