Azərbaycanın xalq artisti əsəbiləşdi: "Ömrünün axırına kimi səhnədə nizə tutmaqdansa, bəlkə başqa sahəyə xeyrin dəyəcək?" FOTO


Kriminal 29 Okt 2018 21:04:00 343 0

Azərbaycanın xalq artisti əsəbiləşdi: "Ömrünün axırına kimi səhnədə nizə tutmaqdansa, bəlkə başqa sahəyə xeyrin dəyəcək?"  FOTO

Xalq artist Cəfər Namiq Kamalın Son.az-a müsahibəsi.

- Cəfər bəy, bildiyim qədərilə qardaşınız, xalq artisti İlham Namiq Kamaldan əvvəl sənətə gəlmisiniz.  Gəlin etiraf edək ki, o, sizdən daha tez tanınıb sevildi.

- Hələ məktəbdə oxuyanda bu sənət bizi özünə cəlb edirdi. İlham məndən 1 yaş balaca idi, evdə birlikdə tamaşalardan parçalar ifa edirdik. Bizim nəslimizdə aktyor olmayıb. Evə bir qonaq gələn kimi onun üçün çıxışlar edirdik. Bizdə qətiyyən kompleks yox idi. Məktəbdə oxuyarkən aktyor Məmmədağa Dadaşov məni dərnəyə seçib, "Anacan" tamaşasında mənə internat uşağı Həsən obrazını verdi. Tamaşadakı digər oğlan roluna da aktyor axtarırdılar. Məmmədağa müəllimə dedim ki, mənim bir qardaşım da bu sənətə həvəslidir. İlham o vaxtı 5 ci sinifdə oxuyurdu. Tamaşaları dərnəkdə hazırlayıb, Gənc Tamaşaçılar Teatrının səhnəsində oynayırdıq. Daha sonra universitetə daxil olduq. Tale elə gətirdi ki, universiteti bitirəndən sonra da Gənc Tamaşaçılar Teatrına qayıtdım.

- Bu gün komediya janrı sizi qane edir?

- Ümumiyyətlə onu deyim ki, insanı güldürməyin bir çox yolları var. Biz daha çətin, dərin yolu seçmşdik. Ona görə də onun ömrü uzun oldu. Amma gülüş xatirinə, söz xatirinə insanları güldürənlər də var. Vallah ayıbdır. Güldürən aktyor da gərək abırlı olsun, tamaşaçılara hər şeyi rəva bilməsin.

- Siz həm komik, həm də dramatik rollarda çıxış etmsiniz. Yəqin ki, sizə görə aktyorun ampluası yoxdur?

- Bəli, aktyorun ampluası olmamalıdır. Bir misal çəkim, xarrat taxta ilə bağlı bütün işləri görməlidir, həm qapı düzəltməlidir, həm də pəncərə. Aktyorluq da elədir. Aktyor insan mühəndisidir. Bu peşə həqiqətən çətindir, ömür qısaldan sənətdir. Bir işin qulpundan yapışırsansa, gərək onun yaxşısından olasan. Məcbur deyil ki, aktyor olasan, çıx get başqa sahəyə. Teatrda qalıb ömrünün axırına kimi nizə tutmaqdansa, bəlkə başqa sahəyə xeyrin dəyəcək?

- Uzun illər Gənc Tamaşaçılar Teatrının aktyoru olmusunuz. Daha sonra Akademik Milli Dram Teatrına getdiniz. Sizi dəvət etdilər yoxsa bu teatrda çalışmaq öz istəyiniz idi?

- Vaqif İbrahimoğlu Gənc Tamaşaçılar Teatrının səhnəsində bir tamaşa səhnələşdirdi. Mən və aktrisa Nübar Novruzova da bu tamaşada oynayırdıq. Akademik Milli Dram Teatrının bədii rəhbəri Həsən Turabov da tamaşaya baxanlar arasında idi. O, tamaşaya baxandan sonra məni teatra dəvət etdi.

- Tamaşalarınızın əksəriyyətində improvizə edirsiniz. Əlavələrinizi rejissorlar qəbul edir?


Xəbərə aid fotolar