Uşaqların vaxtından tez yeriməsi təhlükəlidir
Digərləri 29 Okt 2018 20:58:00 329 0
Vaxtından əvvəl, yəni 10 ayından aşağı uşaqların yeriməsi genetikdir. Bunu valideynlər sevindirici hal kimi qiymətləndirir, amma bilmək lazımdır ki, vaxtından əvvəl yerimək uşaqlara mənfi təsir edir.
Son.az bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında pediatr Kəmalə Əmrahova deyib. O bildirib ki, bir müddət sonra uşağın normal yerimə vaxtı yetişdikdə yerişində müəyyən problemlər üzə çıxa bilər:
"Uşaqların vaxtından əvvəl yeriməsi onlarda sümük problemlərinin yaranmasına səbəb ola bilər. Onların normal yerimə vaxtı 10-11 aylığından sonra sayılır. Bu proses 1 yaş 8 aylığına kimi davam edə bilər. Əgər uşaqlar 2 yaşı tamam olmasına baxmayaraq yerimirsə, bu tibdə patologiya sayılır. Bunun səbəbləri nevroloq və pediatr vasitəsi ilə üzə çıxarılmalıdır".
Mənbə: milli.az