Uşağı kompüter oyunlarının zərərindən necə qoruyaq?


Digərləri 29 Okt 2018 20:18:00 240 0

Uşağı kompüter oyunlarının zərərindən necə qoruyaq?

Kompüter oyunları və cürbəcür qacetlər müasir uşaqların həyatlarının ayrılmaz hissəsinə çevrilib. Artıq az yaşlarından uşaqlarda onlara maraq yaranır. Ancaq hamımız bu oyunların nəticələrini və uşağın psixikasına təsirini yaxşı bilirik. 

Son.az bildirir ki, oxu.az-a danışan psixiatr Denis Rzayev deyib ki, kompüter oyunlarının mənfi təsiri uşaqlarda yaşdan, uşaqların psixososial inkişafından, kompüter və oyunların istifadə məqsədindən asılıdır. 

"Həmçinin, kompüter oyunlarının janrı da böyük rol oynayır. Elə oyunlar seçmək lazımdır ki, onun süjetində zorakılıq və təcavüz olmasın. Bu cəhətlərin olduğu süjetlər uşağın psixikasını zədələyir, bu da öz növbəsində nevrozdan başlayaraq, daha ciddi psixi pozuntulara gətirib çıxara bilər", - həkim deyib. 

D.Rzayevin sözlərinə görə, kompüter texnologiyalarının inkişafının indiki dövründə uşağın kompüter oyunlarından uzaqlaşdırılmasına çətinliklə nail olmaq mümkündür.

"Burada bir məsələyə diqqət yetirmək lazımdır: qadağalar kritik şəkildə deyil, izahat formasında həyata keçirilməlidir. Bu vəziyyətdə uşaq qadağanı başa düşür. Kritik formada qadağa onda bu oyunlara marağın artmasına səbəb olur", - müsahibimiz bildirib. 

Psixiatr uşaqların kompüterdən istifadəyə icazə verilməsi üçün uyğun yaşı da açıqlayıb.