Novruz Məmmədov: Azərbaycan-Türkiyə münasibətləri xalqlarımızın iradəsindən qaynaqlanır


Digərləri 29 Okt 2018 20:14:00 296 0

Novruz Məmmədov: Azərbaycan-Türkiyə münasibətləri xalqlarımızın iradəsindən qaynaqlanır

Azərbaycan-Türkiyə münasibətləri milli-mənəvi və mədəni dəyərləri ilə bir-birinə bağlı olan xalqlarımızın iradəsindən qaynaqlanır.

Bakı. Elçin Mehdiyev - Azərbaycan-Türkiyə münasibətləri milli-mənəvi və mədəni dəyərləri ilə bir-birinə bağlı olan xalqlarımızın iradəsindən qaynaqlanır. Trend-in məlumatına görə, bunu baş nazir Novruz Məmmədov Türkiyə Cümhuriyyətinin 95-ci ildönümü münasibətilə keçirilən tədbirdə deyib. N.Məmmədov bildirib ki, hazırda dünyada bir-birinə bu qədər yaxın olan iki dövlət tapmaq çətindir. Baş nazir bildirib ki, müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanı tanıyan ilk dövlət Türkiyə olub. O bildirib ki, müstəqilliyinin ilk illərindən etibarən Türkiyə Azərbaycanın dövlət quruculuğu yolunda atdığı addımları daim dəstəkləyib, həmişə Azərbaycanın haqq işi ilə bağlı səsini ucaldıb. N.Məmmədov vurğulayıb ki, ölkəmizin ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyə Azərbaycan xalqının yanında olub və bu, böyük dostluğumuzun, qardaşlığımızın ifadəsini, həmrəyliyini nümayiş etdirib. Baş nazir qeyd edib ki, bu gün Azərbaycanla Türkiyə arasında bütün sahələrdə əməkdaşlıq ən yüksək səviyyədədir: “Münasibətlərimizin möhkəmlənməsində dövlət başçılarının şəxsi əlaqələrinin və qarşılıqlı səfərlərinin xüsusi əhəmiyyəti var. Əminəm ki, Azərbaycanla Türkiyə arasında tarixin sınaqlarından çıxmış dostluq və qardaşlıq münasibətləri hər iki ölkənin strateji hədəflərinə çatmasında mühüm rol oynayacaq”. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin