İstanbulda yeni hava limanının açılışı olub


Dünya 29 Okt 2018 20:02:00 221 0

İstanbulda yeni hava limanının açılışı olub

İstanbul şəhərində yeni hava limanının açılış mərasimi keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turxan, parlamentin spikeri Binəli Yıldırım iştirak edib.

Açılış mərasimindəki çıxışında prezident Rəcəb Tayyib Ərdoğan yeni aeroporta "İstanbul" adını qoyub.

Cari il dekabrın 31-i yerli vaxtla saat 00:00-dan İstanbulun Atatürk hava limanından bütün uçuşlar dayandırılacaq və həmin vaxtdan bütün yük və sərnişin daşımaları yeni aeroportdan həyata keçiriləcək.

İstanbulun üçüncü hava limanı şəhərin şimal hissəsində, Terkos gölü yaxınlığında inşa olunub.


Xəbərə aid fotolar