İran Mülki Müdafiə Təşkilatı: "Prezidentin telefon danışığı dinlənilir"


Dünya 29 Okt 2018 18:17:00 288 0

İran Mülki Müdafiə Təşkilatı: "Prezidentin telefon danışığı dinlənilir"

İran Prezidenti Həsən Ruhaninin cib telefonunun dinlənilməsi hadisəsindən sonra dinlənilməsi mümkün olmayan bir telefon istehsal etmək haqqında qərar qəbul etdik.

Son.az report-a istinadən xəbər verir ki, bunu İran mülki müdafiə təşkilatının sədri Qulamrza Celali bildirib.

O, "Ruhaninin cib telefonunun dinləndiyi ilə bağlı son hadisə" dedikdə nəyi nəzərdə tutduğu barədə məlumat verməyərək, dinlənilməsi mümkün olmayacaq telefon istehsal etmək qərarına gəldiklərinə söyləyib.