MTN generalının vəkili hakimlərə etiraz etdi


Digərləri 29 Okt 2018 17:41:00 213 0

MTN generalının vəkili hakimlərə etiraz etdi

Bakı Apellyasiya Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev və Elşad Əzizovun apellyasiya şikayəti üzrə məhkəmə davam edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən məhkəmədə general S.Qurbanovun vəkili Adil İsmayılov hakimlər heyətinə etiraz edib.

Vəkil bildirib ki, ayrı-ayrı adamların əmlakları S.Qurbanovun mülkiyyəti kimi təqdim olunaraq müsadirə edilib.

Təqsirləndirilənlərdən S.Qurbanov və Füzuli Əliyev vəsatətin təmin edilməsini istəyib. Digərləri isə məhkəmə mülahizəsinə buraxıb.