60 yaşlı kişi intihar etdi


Digərləri 29 Okt 2018 17:36:00 234 0

60 yaşlı kişi intihar etdi

Balakən rayonunda 60 yaşlı kişi intihar edib.

Son.az report-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Balakən şəhəri, H.Z.Tağıyev küçəsindəki fərdi yaşayış evlərindən birində qeydə alınıb. 1958-ci il təvəllüdlü Rauf Əziz oğlu Əzizovun meyiti yaşadığı evin həyətyanı sahəsindəki yardımçı tikilidə yaxınları tərəfindən aşkar edilib.

Faktla bağlı Balakən Rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.