Teyyub Dəmirovun 110 illik yubiley gecəsi keçirilib


Kriminal 29 Okt 2018 17:27:00 662 0

Teyyub Dəmirovun 110 illik yubiley gecəsi keçirilib

Beynəlxalq  Muğam Mərkəzində əfsanəvi qarmon ifaçısı Teyyub Dəmirovun 110 illik yubiley gecəsi keçirilib.

Son.az xəbər verir ki, oktyabrın 26- da Beynəlxalq Muğam Mərkəzində, Beynəlxalq Muğam Mərkəzinin "Unudulmayanlar" layihəsi çərçivəsində əfsanəvi qarmon ifaçısı Teyyub Dəmirovun 110 illik yubiley gecəsi keçirilib.

"Unudulmayanlar" layihəsi Beynəlxalq Muğam Mərkəzinin həyata keçirildiyi irimiqyaslı layihələrdən biri olaraq Azərbaycan musiqi mədəniyyəti tarixində xüsusi yeri olan musiqi xadimlərinin - bəstəkarların, muğam ifaçılarının, instrumental musiqi ifaçılarının həyat və yaradıcılığına aid elmi- tədqiqatları,ədəbi-bədii gəcələrin keçirilməsini, onlara aid kitabların nəşrini, başqa dillərə tərcümə edilərək təqdimatını ehtiva edir.

Layihənin ilk tədbiri görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevə həsr olunmuşdu.

Sonralar Azərbaycan klassik muğam ifaçılığının görkəmli nümayəndəsi Əbdülbaqi Zülalova(Bülbücan), xalq artistləri Şövkət Ələkbərovaya, Həqiqət Rzayevaya, Yaqub Məmmədova, əfsanəvi qarmon ifaçısı Kor Əhədə və başqalarına həsr olunmuş tədbirlər də "Unudulmayanlar" layihəsi çərçivəsində ərsəyə gəlmişdir.

Layihənin rəhbəri Beynəlxalq Muğam Mərkəzinin direktoru, xalq artisti Murad Hüseynovdur.Layihənin informasiya dəstəyini Azərbaycan televiziyasının "Mədəniyyət" kanalı həyata keçirir.

Teyyub Dəmirovun həyat və yaradıcılığına gecədə  əvvəl Teyyub Dəmirovun öz ifasında "Bayatı-Qacar" muğamı səsləndirilib. Sonra Teyyub Dəmirovun həyat və yaradıcılığına həsr olunmuş video çarx nümayiş olunub.

Tədbirin aparıcısı filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlı Teyyub Dəmirovun həyat  yolundan, Azərbaycan musiqi tarixinə verdiyi töhvələrdən danışaraq, qarmon musiqi alətinin Azərbaycan çalğı musiqi alətləri sırasında tutduğu məqamdan, xalqımızın ən çox sevdiyi musiqi alətlərindən biri olduğunu vurğlayıb.

Tədbirdə akademiklər Ziyad Səmədzadə, Vasif Məmmədəliyev, Milli konservatoriyanın dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Teyyub Dəmirov irsinin tədqiqatçısı Aydın Əliyev, Xalq artisti Ağacəbrayıl Abbasəliyev çıxış edərək  Teyyub Dəmirovun  ecazkar sənəti haqqında fikirlərini bölüşdülər.


Xəbərə aid fotolar