Futbol tarixinin ən böyük təyyarə qəzaları - SİYAHI


İdman 29 Okt 2018 17:19:00 84 0

Futbol tarixinin ən böyük təyyarə qəzaları - SİYAHI

İngiltərənin Leicester City klubunun prezidenti Viçay Srivadhanaprabhanın helikopter qəzasında öldüyü təsdiqlənib.

Bu xəbəri də oxu: Eşli Koul Chelsea-yə qayıtdı

Goal.az-ın məlumatına görə, 27 oktyabrda baş vermiş qəzada beş nəfər dünyasını dəyişib.

Futbolda bu ilk belə qəza deyil...

4 may 1949. Dörd dəfə İtaliya çempionu olmuş “Torino” komandasını aparan təyyarə qəzaya uğrayıb. Qəzada 22 nəfər dünyasını dəyişdi. Bunlardan 18-i komandanın futbolçuları idi. Bundan sonra “Yuventus”un əzəli rəqibi özünə gələ bilməyərək İtaliyada ciddi uğurlara imza ata bilmədi.

6 fevral 1958. “Mançester Yunayted”in təyyarəsi Çempionlar Kuboku matçı üçün getdiyi Münhen şəhərində qəzaya düşüb. Həmin qəzada səkkiz futbolçu dünyasını dəyişib. Ölən futbolçuların yaş ortalaması gənclər olduğu üçün onlar şotlandiyalı baş məşqçi “Met Basbinin körpələri” adlandırıldılar.

16 iyul 1960. Olimpiada üçün Danimarka millisinin səkkiz futbolçusunu aparan təyyarə qəzaya düşüb. Hadisə Danimarka və İsveç arasındakı ərazidə baş verib. Hadisə nəticəsində bütün futbolçular və komandanın digər üç üzvü ölüb. Yalnız nəzarəti itirən pilot sağ qaldı. Danimarka isə Olimpiadada gümüş medal qazandı. 

3 aprel 1961. Çili I dəstə komandalarından “Qrin Kros”u aparan təyyarə Las Lastimas dağlarına çarpılıb. Nəticədə səkkiz futbolçu və məşqçilərdən iki nəfər olmaqla on nəfər dünyasını dəyişib.

26 sentyabr 1969. “Stronqest” adlı Boliviya komandasını daşıyan təyyarə qəza etdi. Qəzada 16 oyunçu, klub rəhbərliyindən iki nəfər və baş məşqçi Eustakio Ortunyo vəfat etdi.

8 dekabr 1987. Perunun I divizion komandası olan “Alyansa”nın paytaxt Limada keçirdiyi qəzada dünyasını itirənlər arasında baş məşqçi Markos Kalderon və 16 futbolçu olub.

28 iyun 1993. Zambiya millisi Qabonun paytaxtı Librevildə qəzaya uğrayıb. 18 futbolçu və klub rəhbərliyindən 5 nəfər qəzadan sağ çıxmayıb.

28 noyabr 2016. Bu qəza hələ ki XXI əsrin ən acı təyyarə qəzası hesab edilir. Braziliyanın “Şapekoense” klubu Boliviyadan Kolumbiyanın “Atletiko Nasional” komandası ilə Sudamerikana Kubokunun finalına gedir. Lakin Kolumbiyanın Medelyin şəhəri yaxınlığında qəza baş verir. Qəza zamanı təyyarədə 72 sərnişin (21 jurnalist, qalanları isə futbol komandasının üzvləri) və 9 ekipaj üzvündən ibarət 81 nəfər insan vardı.

Ölənlər arasında 2014-cü ildə “Xəzər Lənkəran”da çıxış etmiş mərkəz müdafiəçisi Vilian Tieqo da vardı. Qəzadan yalnız altı nəfər xilas ola bildi. Danilo qəza nəticəsində sağ tapılsa da, o sonradan xəstəxanada dünyasını dəyişdi. Sağ qalanlardan ikisi hazırda da bu komandada çıxış edir.

Oxu.az

Bu gün axşam saatlarında gözlənilən like
  • 29 Okt 17:18  
Digərləri Bu gün axşam saatlarında gözlənilən

Bu gün axşam saatlarında gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı
Məşhurlar ildə bir dəfə özlərini bu günə qoyurlar like
  • 29 Okt 17:14  
Digərləri Məşhurlar ildə bir dəfə özlərini bu günə qoyurlar

"Helloween" bayramına sayılı günlər qalmış dünya ulduzları m

arrow Ətraflı
Millət vəkili: Bakı Beynəlxalq Humanitar Forumunun Azərbaycan üçün tarixi əhəmiyyəti var like
  • 29 Okt 17:12  
Digərləri Millət vəkili: Bakı Beynəlxalq Humanitar Forumunun Azərbaycan üçün tarixi əhəmiyyəti var

Bakı Beynəlxalq Humanitar Forumunun Azərbaycan üçün tarixi əhəmiyyəti v

arrow Ətraflı
Safurə əri ilə FOTOlarını yaydı like
  • 29 Okt 17:09  
Şou-biznes Safurə əri ilə FOTOlarını yaydı

"Eurovision" təmsilçilərimizdən olan Safurə Əliyeva ailə fotola

arrow Ətraflı
ABŞ-da məktəbdə atışma olub, bir şagird yaralanıb like
  • 29 Okt 17:08  
Dünya ABŞ-da məktəbdə atışma olub, bir şagird yaralanıb

Hadisə səhər saatlarında Metyus şəhərindəki məktəbdə baş verib

arrow Ətraflı
Oktyabrın 30-na manatın məzənnəsi like
  • 29 Okt 17:06  
Digərləri Oktyabrın 30-na manatın məzənnəsi

Oktyabrın 30-na manatın məzənnəsi açıqlanıb.

arrow Ətraflı
Bakıda elektrik dirəyinə çırpılan maşının sürücüsü öldü like
  • 29 Okt 17:05  
Digərləri Bakıda elektrik dirəyinə çırpılan maşının sürücüsü öldü

Nərimanov rayonu Ziya Bünyadov prospektində yol-nəqliyyat hadisəsi baş ver

arrow Ətraflı
İkimərtəbəli evdə yanğın like
  • 29 Okt 16:55  
Digərləri İkimərtəbəli evdə yanğın

Masallı rayonunun Bədəlan kəndində 9 otaqlı evdə yanğın olub.

arrow Ətraflı
MTN generalının vəkili hakimlərə etiraz edib like
  • 29 Okt 16:52  
Digərləri MTN generalının vəkili hakimlərə etiraz edib

MTN generalının vəkili hakimlərə etiraz edib.

arrow Ətraflı
Bu gün axşam saatlarında gözlənilən hava şəraiti like
  • 29 Okt 16:50  
Digərləri Bu gün axşam saatlarında gözlənilən hava şəraiti

Bu gün axşam saatlarında gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı
Baqirinin Azərbaycana səfəri təxirə salındı like
  • 29 Okt 16:45  
Siyasət Baqirinin Azərbaycana səfəri təxirə salındı

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Məhəmməd Baqiri

arrow Ətraflı
Bakı-Qazax yolunda avtomobil daşıyan TIR aşdı - 8 maşına ziyan dəydi like
  • 29 Okt 16:43  
Digərləri Bakı-Qazax yolunda avtomobil daşıyan TIR aşdı - 8 maşına ziyan dəydi

Bakı-Qazax avtomagistralı ilə hərəkət edən yük avtomobili idarəetməni

arrow Ətraflı