İkimərtəbəli evdə yanğın


Digərləri 29 Okt 2018 16:55:00 242 0

İkimərtəbəli evdə yanğın

Masallı rayonunun Bədəlan kəndində 9 otaqlı evdə yanğın olub.

Son.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, ümumi sahəsi 356 kv.m olan ikimərtəbəli evin bir otağının yanar konstruksiyaları və ev əşyaları 25 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.