MTN generalının vəkili hakimlərə etiraz edib


Digərləri 29 Okt 2018 16:52:00 261 0

MTN generalının vəkili hakimlərə etiraz edib

MTN generalının vəkili hakimlərə etiraz edib.

Bakı. Samir Əli - Bakı Apellyasiya Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev və Elşad Əzizovun apellyasiya şikayəti üzrə məhkəmə davam edib. Trend-in məlumatına görə, hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən məhkəmədə general S.Qurbanovun vəkili Adil İsmayılov hakimlər heyətinə etiraz edib. Vəkil bildirib ki, ayrı-ayrı adamların əmlakları S.Qurbanovun mülkiyyəti kimi təqdim olunaraq müsadirə edilib.