Bakıda məktəbli qızı qaçırdılar


Digərləri 29 Okt 2018 16:29:00 234 0

Bakıda məktəbli qızı qaçırdılar

Bakının Qaradağ rayonundakı Sahil qəsəbəsində 15 yaşlı məktəbli qız qaçırılıb.

Son.az "Sputnik"ə istinadən xəbər verir ki, hadisə barədə hüquq-mühafizə orqanlarına qızın anası - 38 yaşlı Samirə Əliyeva məlumat verib. Onun sözlərinə görə, oktyabrın 28-də qızı Mikayılova Xatun Kamran qızı 20 yaşlı qəsəbə sakini Teymur İsgəndərov tərəfindən evlənmək məqsədilə oğurlanıb.

Hazırda polis əməkdaşları qaçırılan qızın və onu qaçıran şəxsin yerini müəyyənləşdirməyə çalışırlar.