"Cəmiyyət bu cür zərərli ünsürlərdən təmizlənməli, sağlam media mühitinə xələl gəlməməlidir"


Digərləri 29 Okt 2018 16:02:00 251 0

"Cəmiyyət bu cür zərərli ünsürlərdən təmizlənməli, sağlam media mühitinə xələl gəlməməlidir"

"Sağlam cəmiyyətin qurulması və gələcək inkişafında bir sıra mühüm amillər var. Təbii ki, demokratiya, onun mühüm elementləri olan insan hüquq və azadlıqları, o cümlədən söz, mətbuat azadlığı sözügedən amillərdən biri və ən əsasıdır. Çünki məhz bu dəyərlər cəmiyyəti saflaşdırır, onun sağlam şəkildə inkişafına təkan verir. Bu gün dünyanın inkişaf etmiş, demokratik dəyərlərə sadiq olan ölkələrində olduğu kimi, Azərbaycanda da söz və mətbuat azadlığı ən yüksək səviyyədə təmin olunur. Dövlət daim kütləvi informasiya vasitələrinin inkişafına maddi və mənəvi dəstək verir, jurnalistikanın daim yenilənməsini, müasir texnologiyalar əsasında səmərəli fəaliyyətini stimullaşdırır".

Bu fikirləri Son.az-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

V.Rəhimzadə bildirib ki, Azərbaycan Prezidenti hər zaman jurnalistikanın inkişafı ilə bağlı mühüm addımlar atır, jurnalistlərə öz diqqət və qayğısını göstərir: "Möhtərəm Prezidentimizin biz jurnalistlərə olan diqqəti, qayğısı ilə bağlı bir çox faktlar sadalamaq olar. Sadəcə son illərdə 400-dən çox jurnalistin təmənnasız olaraq mənzillərlə təmin edilməsi, prosesin bundan sonra da davam etdirilməsi faktını qeyd etmək kifayətdir. Sözsüz ki, jurnalistlərin də üzərinə böyük məsuliyyət düşür. Jurnalistikanın ali dəyərlərinə sadiq qalmaq, peşə etikasına əməl etmək, ən əsası, vətənpərvər olmaq, baş verən hadisələri obyektiv, qərəzsiz formada insanlara çatdırmaq daxildir. Hesab edirəm ki, müstəqillik illərində jurnalistikamız bu sahədə böyük nailiyyətlər əldə edib, zəngin inkişaf yolu keçib".

Mətbuat Şurası İdarə Heyətinin üzvü təəssüflə vurğulayıb ki, bu gün media məkanında jurnalistikanın ali dəyərlərinə xəyanət edənlərə də rast gəlmək olur: