Ukrayna Prezidentinin xanımı Azərbaycan mətbəxindən danışdı FOTO


Digərləri 29 Okt 2018 15:42:00 220 0

Ukrayna Prezidentinin xanımı Azərbaycan mətbəxindən danışdı  FOTO

Ukraynanın paytaxtı Kiyevdə "Outlook World Culture Festival" adlı beşinci dünya xalqlarının mədəniyyət festivalı keçirilib.

Son.az xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyindən Trend-ə verilən məlumata görə, 30-dan çox ölkənin iştirak etdiyi beynəlxalq festivalda xalqımızın mədəniyyəti, milli mətbəxi də təqdim olunub. Festivalda Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev, diplomatik korpusu, diasporu, soydaşlarımız iştirak ediblər.

Tədbirin rəsmi açılışında iştirak edən Ukrayna Prezidentinin xanımı, Ukrayna Mədəniyyət Fondunun rəhbəri Marina Poroşenko festivalda iştirak edən ölkələrin stendləri ilə tanış olub. Marina Poroşenkonun baxdığı Azərbaycanın stendində milli mətbəx nümunələrindən plov, dolma, paxlava, şəkərbura, ölkəmizin simvoluna çevrilən nar, şərablar, "Şuşa", "Azərbaycan" brendində olan konyaklar nümayiş olunub. Ukrayna Prezidentinin xanımı Azərbaycan stendini yüksək qiymətləndirib. Daha sonra festivalda iştirak edən ölkələrin səfir və diplomatik nümayəndələrinin iştirakı ilə festivalın rəsmi açılış mərasimi olub.


Xəbərə aid fotolar