195 dövlət əmlakı özəlləşdirilir - VAXT açıqlanıb


Digərləri 29 Okt 2018 15:34:30 231 0

195 dövlət əmlakı özəlləşdirilir - VAXT açıqlanıb

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 27 noyabrda növbəti hərrac keçiriləcək.

Bakı. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 27 noyabrda növbəti hərrac keçiriləcək. Komitədən Trend-ə verilən məlumata görə, ayın son hərracında iştirak etmək istəyən şəxslərin 195 dövlət əmlakı üzrə seçim imkanları var. Bunlardan 91-i kiçik dövlət müəssisə və obyekti, 42-si qeyri-yaşayış sahəsi, 20-si səhmdar cəmiyyəti, 42-si isə nəqliyyat vasitəsidir. Hərraca çıxarılan kiçik dövlət müəssisə və obyektlərinin ümumi faydalı sahəsi 4 kv.m ilə 2095 kv.m aralığındadır. Bu kateqoriyadan olan dövlət əmlakları ölkənin müxtəlif şəhər və rayonlarında yerləşir. Gəncə şəhəri, Kəpəz rayonundakı iki mərtəbəli istehsal sexinin ümumi faydalı sahəsi 1160.8 kv.m-dir. Uğurlu biznes üçün uyğun olan digər bir obyekt isə Goranboy rayonu, Şəfikürd kəndində yerləşən tikiş fabrikidir. Ümumi faydalı sahəsi 660.2 kv.m olan dövlət əmlakı torpaq sahəsi ilə birgə özəlləşməyə çıxarılıb. Adıçəkilən obyektin fəaliyyətinin bərpası müvafiq sahə üzrə daxili tələbatın ödənilməsinə şərait yarada bilər.