Fələstinli daş atdı,


Digərləri 29 Okt 2018 14:52:00 272 0

Fələstinli daş atdı,

Ötən həftənin bazar ertəsi fotosu çəkilən fələstinli Aed əbu Əmro indi dünyaca məşhurdur. Onun fotosu sosial şəbəkələrdə sürətlə yayılır.

Son.az bildirir ki, Fələstinin Qəzza bölgəsində keçirilmiş etiraz aksiyasında çox parlaq obraz yaranıb. Bir əlində sapand, o biri əlində Fələstin bayrağı tutmuş əbu Əmronun məşhurlaşan fotosunu "Anadolu" agentliyinin fotoqrafı Mustafa Hasuna çəkib.

Sosial şəbəkələrdə bu fotonu 19-cu əsrin məşhur fransız rəssamı Ejen Delakruanın "Xalqı arxasınca aparan Azadlıq" əsərinə bənzədirlər.

20 yaşlı Aed əbu Əmro Al Jazeera telekanalına müsahibə verib.

Qəzza bölgəsinin İsraillə sərhədinin yaxınlığındakı Əl Zeytun şəhərində yaşayan Aed əbu Əmronun dediyinə görə, hər bazar ertəsi və cümə günləri etiraz aksiyalarına qatılır.


Xəbərə aid fotolar