Məhkəmə sabiq icra başçısı barədə həbsli axtarış qərarı çıxardı


Digərləri 29 Okt 2018 14:49:00 235 0

Məhkəmə sabiq icra başçısı barədə həbsli axtarış qərarı çıxardı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Ağcabədi Rayonunun İcra Hakimiyyətinin sabiq başçısı Münsif Səfərov və Rüstəm Bayramovun məhkəmə iclası davam etdirilib.

Son.az report-a istinadən xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən M.Səfərovun məhkəməyə gəlmədiyi elan olunub.

Hakim bildirib ki, daha əvvəl barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş M.Səfərovla bağlı məhkəməyə məcburi gətirilmə qərarı çıxarılmışdı. Lakin qərar icra edilməyib və M.Səfərov da məhkəmə iclasına gəlməyib.

Daha sonra məhkəmə onun barəsində həbsli axtarış qərarı çıxarıb.

Məhkəmə prosesi qeyri-müəyyən günədək təxirə salınıb.