Azərbaycan Avropa səmasında təhlükəsizliyin qarantıdır


Digərləri 29 Okt 2018 14:32:37 232 0

Azərbaycan Avropa səmasında təhlükəsizliyin qarantıdır

Brüsseldə “Azəraeronaviqasiya” (AZANS) Hava Hərəkəti İdarəsinin də iştirak etdiyi Avropa ölkələrinin aeronaviqasiya qurumlarının rəhbərlərinin görüşü keçirilib.

Bakı. Brüsseldə “Azəraeronaviqasiya” (AZANS) Hava Hərəkəti İdarəsinin də iştirak etdiyi Avropa ölkələrinin aeronaviqasiya qurumlarının rəhbərlərinin görüşü keçirilib. "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşün nəticələrinə əsasən, AZANS Avropa Aeronaviqasiya Təşkilatlarının Direktorları Komitəsinə üzv seçilib. Sözügedən Komitə İngiltərə, Almaniya, Belçika, Avstriya, İtaliya və digər iri Avropa ölkələrinin aeronaviqasiya qurumlarının baş direktorlarını bir araya gətirir. Komitə həmçinin Avropa İttifaqı, “Eurocontrol”, “SESAR” HHT inkişaf proqramı, Uçuşların Təhlükəsizliyi üzrə Avropa Agentliyi (EASA), İCAO və CANSO qarşısında Avropanın aeronaviqasiya qurumlarının mövqeyini müdafiə etmək, strategiyaların işlənib hazırlanması, qərarların qəbul edilməsi və tələblərin irəli sürülməsi üzrə rəhbər orqandır.