Bakının ingilis dili müəllimləri imtahan verməyə başladılar (FOTO)


Digərləri 29 Okt 2018 14:39:00 275 0

Bakının ingilis dili müəllimləri imtahan verməyə başladılar (FOTO)

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin İngilis dili müəllimləri üçün Beynəlxalq Aptis İmtahanına start verilib.

Bakı. İlhamə İsabalayeva - Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələrinin ingilis dili müəllimləri üçün Beynəlxalq Aptis İmtahanına start verilib. İdarədən Trend-ə verilən məlumata görə, “Uğur üçün tədris” (SPEX) layihəsi çərçivəsində Beynəlxalq Aptis İmtahanının keçirilməsinin məqsədi ingilis dili müəllimlərinin dil və tədris bacarıqlarının yoxlanılması, müəllimlərin əldə etdikləri nəzəri biliklərin dərslərdə tətbiqinin daha da təkmilləşdirilməsindən ibarətdir. İmtahanda layihənin tətbiq edildiyi 68 ümumi təhsil məktəbindən 600 nəfər ingilis dili müəlliminin iştirakı nəzərədə tutulub.