“Atabala yola çıxmağımıza icazə vermirlər” VİDEO FOTO


Digərləri 29 Okt 2018 14:25:00 398 0

“Atabala yola çıxmağımıza icazə vermirlər”  VİDEO  FOTO

"Elə gecə olur ki, səhərə kimi telefonun zəngi bir dəqiqə də olsa dayanmır. Bir dəfə qudam bizə qonaq gəlmişdi. Səhər durub mənə dedi ki, ay İsa, gecə nə olmuşdu, nə vaxt ayılırdım sən telefonla danışırdın. Nəsə hadisə baş vermişdi?! İstirahət günündə də çağırış ola bilir, deyə bilməzsən ki, bu gün mənim istirahət günümdür. ..

Bax bu, bizim işimizdir. Birdən teplovoz xarab olur, o zaman gedib baxmalısan, ya da depoya aparmağı təşkil etməlisən. Yaxud da hansınınsa yanacağı bitir və sairə. Briqadanın maşinisti yıxılır, birinin qolu qırılır. Bir sözlə, iynədən sapa kimi hər şeyə cavabdehlik daşıyırsan". 

Bu sözlərin müəllifi reportajımızın qəhrəmanı olan Biləcəri Lokomotiv deposunun maşinist təlimatçısı İsa Allahyarovdur.

Son.az qafqazinfo-ya istinadən həmin depodan onun iş şəraitini təqdim edir:

Reportaj boyu onu anlayıram ki, gün ərzində 12 saat işləmək və gözünü bir an yoldan çəkməmək, dayanmadan ratsiyadan gələn səsləri ayırd etmək, sübhdən çıxan günəşin yandıran istiliyinə, həmçinin insanın başını ağrıdan dizel iyinə dözmək elə də asan deyil. 

Bir anlıq xəyalınızda maşiniztsiz bir qatar, yaxud  teplovoz canlandırın. Bunun yol aça biləcəyi nəticənin miqyasını təsəvvür edə bilirsinizmi?! Çox uzağa getməyək. 2004-cü ildə İtaliyanın cənubunda dəmiryolu ilə 200 kilometr məsafə qət edən maşinistsiz lokomotiv qatarı qarşısına çıxan hər şeyi dağıdaraq böyük faciəyə səbəb olmuşdu. Maşinist peşəsinin məsuliyyətini elə bu faktdan da dərk etmək çətin deyil.

Qəhrəmanımın isə 39 illik iş təcrübəsi var. Bu müddətdə maşinistlikdən maşinist təlimatçısı vəzifəsinə qədər yüksəlib. Allahyarovu fərqli edən məqam onun həm də üç nəslin davamçısı olmasıdır. Belə ki, atası Məhəmməd Allahyarov da maşinist işləyib, hazırda atasının adını daşıyan oğlu da bu işlə məşğuldur.

- Gündəlik işiniz nədən ibarətdir?

- Teplovozun hazırda gördüyü iş gələn qatarları "qorka"dan buraxmaqdır.  Şimaldan gələn ağır yüklü  qatarları yəni, 4000 ton ağırlığında olan yükləri ancaq bu teplovozlar çəkə bilir. Burada ancaq çeşidləmə aparılaraq qatarlar yığılır. Hamısı da şəxsi yüklərdir. Ümumilikdə bu ərazidə 52 yol var. Hərəsində də min dənə yoldəyişən. Kimsə çaşıb hansısa yola çıxsa mütləq hadisə baş verəcək. Yolun düz, maili, yoxuşlu olmasına görə müəyyən normativlər var və ona əməl edilir. Bu teplovozun 6000 at gücü var. Mənim gediş istiqamətim Abşeron, yəni, Keşlə, Bakı, Əhmədli, Dübəndi istiqamətləridir. 

- İş prosesində hansı çətinliklər yaşayırsınız?

- Çətinliyin əsası baş verən qəzalarla bağlıdır. Yollarda vurulan maşınları görürsünüz. Gecələr yuxusuz qalırsan. İş rejimi növbəlidir. Bir gün gecə işləyəndə bir gün də gündüz işləyirsən. Hər atdığın addım qorxu və məsuliyyət tələb edir. Sərnişin qatarının idarə etməyin məsuliyyəti daha böyükdür. Yaxşı maşinist olsan camaatı mənzil başına salamat aparıb çıxara bilərsən. Xırda səhlənkarlıq fəsadlara gətirib çıxarır. Qanunla, hələ evdən gələn maşinistlə də maraqlanmalısan ki, o, gecəni yatıb, ya yox. Kəbinli arvad belədir ki, kefi düşəndə deyir ki, boşanıb çıxıb gedirəm. Ancaq sən 12 saat teplovozun içində durmalısan, heç yerə də gedə bilməzsən. Çörəyini də, çayını da orda yeməlisən. Hərəkət edəndə ancaq siqnallar vasitəsilə hərəkət edirsən. Yayda səhər tezdən gün çıxır, vurur kabinəyə. İçəridə də dizelin 80 dərəcəlik istiliyi. Qatar çox olanda 50 dəfə kabinə dəyişirsən. Dizelin içinə girəndə elə bil təndirin içinə girmisən. Adamın sifəti qaçır.  

- Binədə avtobusla qatarın toqquşması və ölümlə nəticələnən hadisə barədə soruşmaq istəyirəm. Əgər siz o qatarın maşinisti olsaydınız, alternativ çıxış yolu tapmaq mümkün olardımı?

- Həmin məsələdə maşinistin günahı yox idi. Burada alternativ tapmaq mümkün olmazdı. Qorunmayan keçidlərdə bilirsən ki, hər dəqiqə dəmiryoluna maşın çıxa bilər. Qorunan keçidlərdə isə şlaqbaumlar bağlı olur. Sürücülərin səhlənkarlığı ucbatından şlaqbaumu vurub qırırlar və gəlib vaqonla, ya da lokomitivlə toqquşurlar. Belə hadisələr çox olub.

- Siz təcrübənizdə belə hadisələrlə qarşılaşmısınızmı?

- Mən də bu cür hallarla çox rastlaşmışam. Ancaq belə ciddi nəticələri olmayıb. Xırda maşın vurmalar olub. Onda da mənim səhvim olmayıb. Bu, elə işdir ki, baş verən hər şey yaddaşımdadır. Gecə yuxudan oyatsan, nə vaxt, nə olduğunu deyə bilərəm. Elə bir maşinist olmuşam ki, bu illər ərzində heç kimə bir izahat yazmamışam. 

- Dəmiryolunun hazırda sürət imkanları saatda 150 km saatdır. Ancaq rəhbərlik bu sürətin 160 km saata çatdırılacağı barədə açıqlama vermişdi.

- Əvvəl sürət lap aşağı idi. Bir mənzil başına getmək üçün beş-altı saat vaxt lazım idi. İndi yeni dəmir yolları salındı. Yaşayış yerləri dəmiryol xətlərinə yaxındır. Yolların sağı və solu çəpərlənsə dəmiryoluna adam və maşın girməz. Bir də görürsən ki, kimsə qatarın qabağına çıxdı. Hamı da fikirlidir. Cavanlar da qulağında qulaqlıqla dəmiryoluna çıxırlar. Belə olanda da biz-maşinistlərə çətinliklər törədirlər. 

- Bu teplovozlar SSRİ dövründən qalıb deyəsən...

- SSRİ dövründə başqa lokomotivlər idi. 1988-ci ildə müasir lokomotivlər gəldi. İndi də 2018-ci ildir. Yeni elektrik qatarları, teplovozlar alınıb. İndi 5-6 saata getdiyimiz yolu demək olar ki, 4 saata getmək olur. Yavaş- yavaş lokomotiv parkı dəyişilir. 

- Ata-oğul kimi iş başında olmaq mümkündürmü?

- Dəmiryolunda maşinist olaraq ata-balanın yola çıxmasına icazə verilmir. Çünki bir-birlərinə arxayın olub diqqətsizlik edə bilərlər.

- İşə başlamadan əvvəl hansı prosedurlardan keçirsiniz?

- Bizə təlimatı istismarın rəisi verir. Biz də maşinstləri təlimatlandırırıq. Lokomotivə çıxanda onu yoxlayırıq. Yanğından mühafizə və təhlükəsizlik təlimatlarını veririk. Maşinist təlimatçısının işi fiziki baxış keçirməkdir. Onun təmizliyinə, işləməyinə, briqada heyətinə maşinist təlimatçısı nəzarət edir. 


Xəbərə aid fotolar