Bakıda banka saxta dollar satan əcnəbi dəstəyə


Digərləri 29 Okt 2018 14:11:00 257 0

Bakıda banka saxta dollar satan əcnəbi dəstəyə

Bakı Ağır Cinayətlər Məhkəməsində saxta əskinas satmaqda təqsirləndirilən Çin vətəndaşları Chen Vonq Lin, Lin Zhi Fanq və Rusiya vətəndaşı 1966-cı il təvəllüdlü Rəsulov Məhəmmədrəsul Muxtaroviçin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 8 il azadlıqdan məhrum edilib.