Diabetin müalicəsində insulinə son?


Digərləri 29 Okt 2018 13:21:00 259 0

Diabetin müalicəsində insulinə son?

Hollandiyalı alimlərin sınaqdan keçirdiyi yeni tibbi üsul 2-ci tip diabet müalicəsində insulin iynəsindən istifadəyə son qoya bilər.

Guardian qəzetinin yazdığı xəbərə görə, bir saat davam edən əməliyyat nəticəsində xəstələr bir il ərzində insulin iynəsinə ehtiyac hiss etmirlər.

Amsterdam Universitetinin Xəstəxanasında çalışan qastroenteroloq, professor Jacques Bergman "Bu müalicə sayəsində insulindən istifadə təxirə salına bilər və hətta buna son qoyula bilər. Bu, çox ümidvericidir" deyib.

Bergman əməliyyatın xəstələrə heç bir ağrı vermədiyini də söyləyib.

Kiçik balon

Alimlər kiçik bağırsaqda selikli qişa pərdəsini yox edərək yeni pərdənin yaranmasına şərait yaradırlar və bu müddətdə 2-ci tip diabet xəstəsi olan insanların qan şəkəri səviyyəsi sabit vəziyyətə gəlir.

Amsterdamda 50 xəstə üzərində aparılan sınaq zamanı xəstənin ağzından kiçik bağırsağa ucunda kiçik balon olan bir boru salınır. Balon isti suyla doldurulur və selikli qişa pərdəsi istiylə yandırılır. İki həftə ərzində yeni bir selikli qişa pərdəsi yaranır və xəstənin səhhətində yaxşılaşma nəzərə çarpır.

"90 faiz stabil"