İran Naxçıvanla kənd təsərrüfatı və dərman preparatları sektorlarında əlaqələri genişləndirir


Digərləri 29 Okt 2018 13:19:00 255 0

İran Naxçıvanla kənd təsərrüfatı və dərman preparatları sektorlarında əlaqələri genişləndirir

İranın Maku Azad Ticarət Zonası ilə Naxçıvan arasında münasibətlər genişlənir

Bakı. Elnur Bağışov - İranın Maku Azad Ticarət Zonası ilə Naxçıvan Muxtar Respublikası arasında iqtisadi, turizm və mədəni münasibətlərin inkişafına şəraitin yaradılması İranın Naxçıvandakı konsulluğunun gündəmindədir. Trend-in məlumatına görə, bunu İran İslam Respublikasının Naxçıvan Muxtar Respublikasındakı Baş konsulu Mənsur Ayrom Maku Azad Ticarət Zonası Təşkilatının icraçı direktoru ilə görüşdə deyib. Onun sözlərinə görə, bu zona Naxçıvanın iş adamlarına iqtisadi fəaliyyətlərini genişləndirmək üçün münasib imkan yaradıb. İran vətəndaşları və Naxçıvan sakinlərinin gediş-gəlişlərini sadələşdirməklə zonanın iqtisadi inkişafına təkan vermək olar.