Avrasiya Patent İdarəsinin vitse-prezidenti azərbaycanlı təyin olunub (FOTO)


Digərləri 29 Okt 2018 13:06:00 236 0

Avrasiya Patent İdarəsinin vitse-prezidenti azərbaycanlı təyin olunub (FOTO)

Əqli Mülkiyyət Agentliyinin nümayəndələri 22-23 oktyabr 2018-ci il tarixlərində Düşənbə şəhərində Avrasiya Patent Təşkilatının İnzibati Şurasının növbəti iclasında iştirak edib

Bakı. 22-23 oktyabr 2018-ci il tarixlərində Düşənbə şəhərində Avrasiya Patent Təşkilatının (APT) İnzibati Şurasının növbəti iclası keçirilib. Əqli Mülkiyyət Agentliyindən Trend-ə verilən məlumata görə, iclasın gündəliyinə bir sıra məsələlər çıxarılıb, o cümlədən Avrasiya Patent Təşkilatına üzv dövlətlər ərazində sənaye nümunələrinin qorunmasına dair Protokolun müzakirəsi və ölkəmizin namizədinin Avropa Patent İdarəsinin vitse-prezidenti vəzifəsinə təyin olunması. Müzakirələr nəticəsində Azərbaycan Respublikasının xüsusi rəy və təklifləri nəzərə alınaraq sənaye nümunələrinin qorunmasına dair Protokolun ilkin mətni qəbul olunub və ölkəmizin namizədi Avrasiya Patent İdarəsinin vitse-prezidenti vəzifəsinə təyin olunub.