Azərbaycanlı məşhur müğənninin verilişdə damarı partlayıb


Digərləri 29 Okt 2018 12:52:44 242 0

Azərbaycanlı məşhur müğənninin verilişdə damarı partlayıb

Aparıcı Nanə Ağamalıyeva aparıcısı olduğu "Şou ATV" proqramının yeni buraxlışını həsr etdiyi mərhum sənətkar Məhəbbət Kazımovla bağlı bir xatirəsini bölüşüb.

Son.az xəbər verir ki, Nanə Məhəbbət Kazımovun xəstəlikdən əziyyət çəkmədiyi zamanlarda aparıcısı olduğu bir verilişdə qonaq olarkən ifası zamanı üz damarının partladığını deyib.

Güclü səs sahibinin üzündəki nazik damarlar ifası zamanı səsinin təzyiqindən partlasa da, əl dəsmalı ilə qanı silən mərhum sənətkar heç nə olmamış kimi ifasına davam edib.