Azərbaycanın ən yaşlı kitabxana oxucusunun 91 yaşı var


Digərləri 29 Okt 2018 12:27:00 248 0

Azərbaycanın ən yaşlı kitabxana oxucusunun 91 yaşı var

Oxucuların ikinci evi hesab edilən Mərkəzi Elmi Kitabxananı (MEK) son bir il ərzində 5 minə yaxın oxucu ziyarət edib.

Bakı. Ceyhun Ələkbərov - Mərkəzi Elmi Kitabxananı (MEK) son bir il ərzində 5 minə yaxın oxucu ziyarət edib. Yarandığı dövrdən bu günə kimi oxucuların xidmətində olan MEK sırf tələbələrin istəyi ilə iş saatını da artırıb. Bu sözləri Trend-ə MEK-in Kitabxana-Xidmət şöbəsinin müdiri Aygün Səfərova bildirib. Onun sözlərinə görə, il ərzində istifadəçilərə xidmət və nəzarət bölməsinin əməkdaşları tərəfindən orta hesabla 9 minə yaxın oxucu tələbnaməsinə cavab verilib: “Hazırkı gündə MEK-in rəsmi oxucu sayı 4 820 nəfərdir. Onlardan 2 590-ı qadın, 2 230-u isə kişidir. Mərkəzi Elmi Kitabxananın ən yaşlı oxucusunun 91 yaşı var. O, 1927-ci il təvəllüdlü Milli Azərbaycan Tarixi Muzeyinin “Numizmatika və Epiqrafika” elmi fond şöbəsinin müdiri, əməkdar işçi, tarix və elmlər doktoru, professor Əli Rəcəblidir. Ən gənc oxucunun isə 18 yaşı var. MEK-də hazırda 170 nəfər əcnəbi qeydiyyatdadır, çoxluğu Türkiyə və Rusiya vətəndaşları təşkil edir. Bundan başqa, kitabxanadan Gürcüstan, İran, İtaliya və Yaponiya vətəndaşları da istifadə edirlər. Cari ildə 992 nəfər yeni oxucu qeydiyyatdan keçib”. A.Səfərova oxucu istəyinin hər zaman önəmli olmasından da danışıb: