"Qızım elə teztez gəlir ki, hiss etmirəm ərə vermişəm"


Şou-biznes 29 Okt 2018 12:12:00 271 0

"Qızım elə teztez gəlir ki, hiss etmirəm ərə vermişəm"

Əməkdar artist Könül Kərimova "Evdəkilərə salam" verilişini evində qonaq edib.  Son.az axşam.az-a istinadən xəbər verir ki, müğənni ötən ilin noyabrında ərə verdiyi qızı Ləmandan danışıb: "Evimizə o qədər tez-tez gəlir ki, hiss etmirəm qızımı ərə vermişəm. Xalamın nəvəsinə ərə gedib. Qudama deyirəm ki, yada getsə, indi dava edirdilər. Şəhərə köçmək istəmir, deyirəm. Hər on gündən bir Bakıdadı". Bir müddət əvvəl oğlunu evləndirəcəyini deyən Kərimova fikrindən yayınıb: "Çox istəyirəm, amma hələ yox. Yorulmuşam. Elə bilirdim qız köçürmək çətindir, amma yox, oğul evləndirmək çətindir. İstəyirəm gəlinim gözəl olsun. Xoşum gəlir qəşəng qızdan".

Son.az