Ajda Pekkan sevgilisinə görə polisdən kömək istədi


Digərləri 29 Okt 2018 12:16:00 283 0

Ajda Pekkan sevgilisinə görə polisdən kömək istədi

Ajda Pekkan dünən axşam İstanbulun Nişantaşı səmtində sevgilisi ilə bir klubda əylənib.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, Ajda onu lentə almaq istəyən jurnalistlərlə gizlənqaç oynayıb. Foto kameralara tuş gəlmək istəməyən müğənni bacısının evinə gedib və yolda gördüyü polisdən kömək istəyib.

Klubda səhərə qədər əylənən Ajda qapıda jurnalistlərin olduğunu öyrəndikdən sonra avtomobilini girişə sürdürüb. Özü isə arxa qapıdan başqa avtomobilə minərək ərazidən uzaqlaşmaq istəyib. Planı uğursuz alınan superstar sonradan avtomobili qaraja çağırıb. Bu zaman isə fotolar çəkmək istəyən mətbuat işçiləri ilə otelin təhlükəsizlik xidməti arasında mübahisə düşüb.


Xəbərə aid fotolar