Avstraliyanın Dubay Vollonqonq Universitetinin prezidenti: UNEC-lə əməkdaşlığa xüsusi önəm veririk (FOTO)


Digərləri 29 Okt 2018 12:10:13 254 0

Avstraliyanın Dubay Vollonqonq Universitetinin prezidenti: UNEC-lə əməkdaşlığa xüsusi önəm veririk (FOTO)

Avstraliyanın Dubay Vollonqonq Universitetinin prezidenti, professor Mohamed Salem ilə Qlobal Karyera İnstitutunun və Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu UNEC-də olub.

Bakı. Avstraliyanın Dubay Vollonqonq Universitetinin prezidenti, professor Mohamed Salem ilə Qlobal Karyera İnstitutunun və Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu UNEC-də olub. Trend-in məlumatına görə, UNEC-in rektoru, professor Ədalət Muradov qonaqlara regionun 4 dildə təhsil verən ən böyük iqtisadyönümlü universiteti barədə məlumat verib. UNEC-in dünyanın nüfuzlu ali təhsil müəssisələri ilə bakalavr, magistr pilləsi üzrə ikili diplom və mübadilə proqramlarından söz açan rektor, bu istiqamətdə İslam ölkələrinin universitetləri ilə də əməkdaşlıq etməkdə maraqlı olduğunu bildirib. Rektor UNEC-də dünyanın bir çox dövlətləri ilə yanaşı, islam ölkələrindən də əcnəbi tələbələrin təhsil aldığını xüsusi vurğulayıb. UNEC-də olmaqdan məmnunluğunu bildirən Mohamed Salem Vollonqonq Universitetinin təhsil imkanlarından danışıb. Bildirib ki, ölkənin ən qocaman ali təhsil müəssisəsi olan Vollonqonq regionda elmi tədqiqatların tədrisi və innovasiyaların tətbiqi istiqamətində aparıcı mövqe tutur. Azərbaycanın ali təhsil müəssisələri ilə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu bildirən M.Salem, bu istiqamətdə UNEC-lə əməkdaşlığa xüsusi önəm verdiyini vurğulayıb. O, rəhbəri olduğu universitetə qəbulda hər il azərbaycanlı tələbələrin də yer aldığını qeyd edib.