"Bu, Xəyyamın kişiliyinə yaraşmaz"


Şou-biznes 29 Okt 2018 11:58:00 226 0

"Bu, Xəyyamın kişiliyinə yaraşmaz"

Müğənni Sevil və Sevinc Səfərovalar son günlər Moskva toylarına tez-tez getmələri ilə gündəmə gəliblər.  Son.az axşam.az-a istinadən xəbər verir ki, əkizlər "ATV maqazin onlarla"ya açıqlamasında heç kimin çörəyinə bais olmadıqlarını deyiblər: "Ara-sıra elə xəbərlər çıxır ki, işinə də təsir edir. İstəməzdim olsun. Hansısa xəbəri sifarişlə edirlər, heç nəyi düşünmürlər. Demirlər ki, qızların işinə təsir edə bilər. Xəyyam kiminsə çörəyinə bais olub bizi Moskva toyuna salmır ki... Bu, Xəyyamın kişiliyinə, xasiyyətinə yaraşmaz.  Bu yaxınlarda Sevda Yahyayeva Moskva toyunda iştirak edib, bunu ev yiyəsi istəyib. Kimsə kiminsə yerini tuta bilməz. Niyə mən Moskva toylarında varam, Bakıda yox. Deməli istək belədir. Düşünmürlər ki, bu iki qız toyla ailə saxlayır". Qeyd edək ki, əkiz bacıları Moskva toylarına müğənni Xəyyam Nisanov salır. Bu isə şou-biznesdə söz-söhbətə səbəb olub.

Son.az