Tovuzda zəncirvari qəza:


Digərləri 29 Okt 2018 11:45:00 224 0

Tovuzda zəncirvari qəza:

Tovuz rayonunda zəncirvari qəza olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə şəhərin mərkəzi hissəsindəki avtomobil yolunda baş verib.

Yolda hərəkətdə olan avtomobillərdən birinin qəfil əyləci basması nəticəsində arxasınca hərəkət edən "Mercedes", "Opel", "VAZ-2106" və "VAZ-2107" markalı avtomobillər bir-birinə çırpılıb.

Hadisə nəticəsində avtomobil sürücülərindən 2 nəfər - 1969-cu il təvəllüdlü İsmayılov Yaşar Bayram oğlu qapalı kəllə-beyin travması, 1970-ci il təvəllüdlü Babayev Mahir Əsəd oğlu isə baş nahiyəsinin çapılmış yarası ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.