"Roza bunu gündəmə gəlmək üçün edir"


Şou-biznes 29 Okt 2018 11:22:00 264 0

"Roza bunu gündəmə gəlmək üçün edir"

O cümləni qura bilmərəm ki, mən gəlirəmsə, başqa meyxanaçı gəlməsin. Lap tutaq ki, şərt qoymuşam, bunu şişirtmək düz çıxmır. Birdən-birə Roza Zərgərli "Nizamipərəst" oldu. Gündəm bu qədərmi müqəddəs şeydir ki, rahat-rahat münasibətləri pozmaq, hər şeyi tapdalamaq olar ki, bizi göstərsinlər, bizdən danışsınlar?!

Son.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu "ATV maqazin onlarla"ya açıqlamasında müğənni Roza Zərgərli haqda deyib.

"Roza xanım da gözəl bilir ki, bunu gündəmə gəlmək üçün edib. Tamaşaçıların da rəylərindən göründü ki, birmənalı şəkildə bunu nə üçün etdiyini anlayıblar. Yəni mən şərt qoymamışam ki, bu olsa gələrəm. Demişəm gəlmirəm. Səbəb soruşub. Demişəm ki, filan aparıcı bir neçə gündür xahiş edir ki, meyxanaçılarla birgə verilişə çıxın. Mən imtina etmişəm. Sizin verilişə gəlsəm, inciyəcəklər.

Roza bundan sonra mənə deyir ki, iki gündür səninlə danışmaq istəyirəm, danışa bilmirəm. İki gün öncə danışa bilsəydim, digərlərini yox, tək səni çağırardım. Deməli, iki gün öncə danışsaq, mən qoysam ki, tək gəlirəm razılaşacaqdı. Sizin verilişə çıxıb deyir ki, şərtlə işləmirəm.