Bank Respublikada bütün istiqamətlər üzrə artım müşahidə olunur


Digərləri 29 Okt 2018 11:30:00 232 0

Bank Respublikada bütün istiqamətlər üzrə artım müşahidə olunur

Bank Respublika 2018-ci ilin üçüncü rübünə dair maliyyə hesabatlarını açıqlayıb. Hesabatlara əsasən, üçüncü rübdə Bank pozitiv dinamikanı davam etdirməyə müvəffəq olmaqla müsbət əməliyyat və maliyyə nəticələri göstərib.

1 oktyabr 2018-ci il tarixinə bankın aktivləri 976 milyon manatdan çox olmuşdur ki, bu da ikinci rübün göstəricisindən 14% çoxdur. Üçüncü rübün nəticələrinə görə bankın xalis mənfəəti iki dəfə artaraq 1 milyon manatı keçib. Həmçinin, əmanət portfelinin artımını xüsusi olaraq vurğulamaq lazımdır. Belə ki, ötən ilin üçüncü rübünə nisbətən bankın əmanət portfelində 55% artm qeydə alınıb.