Gürcüstandan Azərbaycana qanunsuz yolla pirotexniki vasitələr keçirilməsinin qarşısı alınıb (FOTO)


Digərləri 29 Okt 2018 11:21:00 235 0

Gürcüstandan Azərbaycana qanunsuz yolla pirotexniki vasitələr keçirilməsinin qarşısı alınıb (FOTO)

Dövlət Gömrük Komitəsinin Əməliyyat İdarəsi və Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan birgə məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana keçən "BMW 528" markalı avtomobil saxlanılıb.

Bakı. Dövlət Gömrük Komitəsinin Əməliyyat İdarəsi və Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan birgə məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana keçən "BMW 528" markalı avtomobil saxlanılıb. Komitədən Trend-ə verilən məlumata görə, Azərbaycan vətəndaşına məxsus nəqliyyat vasitəsinə gömrük baxışı keçirilməzdən əvvəl avtomobilin sahibi şifahi sorğu-sual edilib. Vətəndaş idarə etdiyi avtomobilində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirsə də, gömrük yoxlaması zamanı avtomobilin salonunda oturacağın söykənəcəyinin arxasında və dörd qapısının aşağı hissəsində xüsusi hazırlanmış gizli saxlanc yerlərindən 66 000 ədəd pirotexniki vasitələr aşkarlanıb.